Putin sabah Ərəbistana gedir
Rusiya prezidenti Vladimir Putin dekabrın 6-da BƏƏ və Səudiyyə Ərəbistanına işgüzar səfər edəcək.
Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
O qeyd edib ki, qarşıdan gələn danışıqlarda ikitərəfli münasibətlər müzakirə olunacaq, beynəlxalq gündəm, eləcə də Fələstin-İsrail münaqişəsi ətrafında fikir mübadiləsi aparılacaq.
Peskovun sözlərinə görə, BƏƏ və Səudiyyə Ərəbistanı nümayəndələri ilə ünsiyyət zamanı neft bazarında koordinasiyalı hərəkətlərin müzakirəsi həmişə gündəmdədir.