Putin TŞ-nin iclasında Rusiyanın ən yaxın qonşuları ilə münasibətlərini müzakirə edib

Putin TŞ-nin iclasında Rusiyanın ən yaxın qonşuları ilə münasibətlərini müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin müşavirədə Rusiyanın ən yaxın qonşuları və tərəfdaşlarla münasibətlərin inkişafı ilə bağlı vəziyyəti müzakirə etməyi təklif edib.

“Biz bu gün sizinlə ən yaxın qonşularımız və tərəfdaşlarımızla münasibətlərin inkişafı ilə bağlı vəziyyət barədə danışacağıq. İşimizin həcmi böyükdür, iqtisadiyyat, humanitar əməkdaşlıq məsələləri, regionda təhlükəsizlik bu işin tərkib hissəsidir”, – deyə Rusiya Prezidenti vurğulayıb.

Daha sonra Putin təhlükəsizlik məsələlərindən başlamağı vacib bilərək məruzə üçün sözü Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikova verib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − sixteen =