Putin TŞ-nin müşavirəsində informasiya təhlükəsizliyinin müzakirəsini təklif edib

Putin TŞ-nin müşavirəsində informasiya təhlükəsizliyinin müzakirəsini təklif edib

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirib.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, müşavirədə Putin Rusiyanın informasiya təhlükəsizliyi məsələlərinə baxmağı təklif edib.

“Bu gün gündəlikdə duran məsələ vacibdir və bugünkü şəraitdə bu, son dərəcə vacibdir. Söhbət Rusiyanın informasiya təhlükəsizliyindən gedir”, – deyə Putin müşavirədə bildirib.

Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik xidməti 2022-ci ilin əvvəlindən Rusiyanın kritik infrastrukturuna 5 mindən çox haker hücumu qeydə alındığını açıqlayıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =