Putin “Vaqner”ə Paşinyanı devirmək əmri verdi: iki gün öncə…

Putin “Vaqner”ə Paşinyanı devirmək əmri verdi: iki gün öncə…



Publika.az
 xəbər verir ki, bu barədə Paşinyan hakimiyyətinə yaxınlığı ilə tanınan “Baqramyan” teleqram kanalı yazıb.

İddiaya görə, çevriliş “Vaqner” qruplaşması tərəfindən həyata keçiriləcək.

“Artıq “Vaqner” üzvləri Ermənistandandır, onlar Priqojinin ölümündən qabaq da burada idi. Priqojinin ölümünə qədər Ermənistanda “Vaqner”çilərin sayı təxminən 3 min idi. Son dövrlər isə əlavə 2 min döyüşçü onlara qoşulub. Yeni qoşulanlar əsasən Rostovdan olan etnik ermənilərdir.

“Vaqner”ə verilən tapşırıq Paşinyan və komandasını hakimiyyətdən uzaqlaşdırmaqdır. Putin üçün ABŞ-Ermənistan birgə hərbi təlimləri “som damla” oldu. Hazırda Ermənistanda 12 min “Vaqner” üzvünün olduğu haqda məlumatlar var.

“Vaqner” hərəkətə keçməklə bağlı iki gün öncə tapşırıq alıb. Onların ordunun, xüsusi xidmət orqanlarının və polisin ən yüksək rəhbərliyində əlaqələri var. Rusiyanın Paşinyanı əvəzləyəcək layiqli namizədin tapılması problemi var. Robert Koçaryan və Serj Sarkisyan arxa plana keçirilib.

Ruben Vardanyan seçimlərdən biridir, bununla yanaşı, Patruşevin namizədi Hayk Marutyan (İrəvanın keçmiş meri), Koçaryanın namizədi isə Andranik Tevanyandır”, – “Baqramyan” iddia edir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − two =