Putinin Qəzzədəki vəziyyətə reaksiyası

Putinin Qəzzədəki vəziyyətə reaksiyası

Rusiya prezidenti Qəzzədə qadın, uşaq və qocaların qorunması barədə xəbərdarlıq edərək Fələstin müqaviməti ilə İsrail arasındakı müharibənin Yaxın Şərqə sirayət edə biləcəyini deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Vladimir Putin dünən (25 oktyabr) Rusiya dini rəhbərləri ilə görüşdə regionda qan tökülməsinin əleyhinə olduğunu bəyan edib.

O, dünya ölkələri başçıları ilə də telefon danışığında bu müharibə dayanmazsa, genişlənə biləcəyini də vurğulayıb.

Kremlinin yayımladığı bəyanatda deyilir: Bu gün bizim əsas vəzifəmiz zorakılıq və qan tökülmənin qarşısını almaqdır.

Putin vurğulayıb: Belə olmadığı təqdirdə böhran şiddətlənəcək və çox təhlükəli nəticələr yaradacaq. Əlbəttə bu təkcə regonda deyil, bəlkə də Yaxın Şərq sərhədlərindən də kənara sıçrayacaq.

V.Putin Qərb ölkələrinin mövqeyinə də tənqidlə yanaşaraq deyib ki, bəzi qüvvələr ekstremizm, gərginliyin artması, ölkə və xalqların münaqişəyə cəzb edilməsi üçün səy göstərir.

Rusiya prezidenti xəbərdarlıqla bildirib: Bu ekstremizmin yeganə məqsədi qarışıqlıq dalğası və qarşılıqlı nifrət yaratmaqdır. Bu isə təkcə Yaxın Şərq üçün deyil. Elə bu səbəbdən də bu qüvvələr milli-dini təfəkkürə sahib olan milyonlarla insanın həyatı ilə oynayırlar.

Putin İsrailin Qəzzəyə hücumunun səhv olduğunu vurğulayaraq deyib ki, Fələstin-İsrail arasında uzunmüddətli sülh yolunun seçilməsini istəyir və günahsız insanların bu müharibədə məsuliyyət daşımadığını da deyib.

Rusiya prezidenti sonda vurğulayıb: Bütün ictimaiyyətin məsuliyyətlənməsi və bədnamlıqla terrorizmlə mübarizə hesab edilmir. Bu söhbətin içində qadınlar, uşaqlar və qocalar olduğu və yüz minlərlə ac-suzuz, tibbi yardımsız və pənahsız insanlar olarsa, heç də terrorizmlə mübarizə deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 1 =