Putinin sözçüsü: “Ermənistanın Roma Statutunu ratifikasiya etməsi bizə qarşı düşmənçilikdir”

Putinin sözçüsü: “Ermənistanın Roma Statutunu ratifikasiya etməsi bizə qarşı düşmənçilikdir”

“Ermənistanın Roma Statutunu ratifikasiya etməsi bizə qarşı düşmənçilikdir”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

O, Moskvanın bu məsələdən narazı qaldığını ifadə edib.

D.Peskov həmçinin bildirib ki, V.Putinin Ermənistana səfəri planlaşdırılmır.

Qeyd edək ki, Ermənistan parlamentinin Dövlət hüququ üzrə daimi komissiyası sentyabrın 28-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.

Ermənistan parlamenti Roma statutunu təsdiqləyəcəyi təqdirdə, V.Putin Ermənistana gedərsə həbs olunmalıdır.

Rusiya Prezidenti sonuncu dəfə Ermənistana 2022-ci ildə səfər edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 2 =