Putinin xüsusi nümayəndəsi İrana gedib

Putinin xüsusi nümayəndəsi İrana gedib

Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin başçılıq etdiyi nümayəndə heyəti İrana səfər edib.

Lavrentyev İran xarici işlər nazirinin siyasi məsələlər üzrə baş müşaviri Əli Əsgər Xaci ilə görüşüb.

Görüşdə regionda və Suriyada baş verən hadisələr, xüsusilə Qəzzadakı son vəziyyət müzakirə edilib.

Tərəflər Qəzzaya edilən hücumların dərhal dayandırılmasını, atəşkəsin əldə edilməsini və bölgəyə beynəlxalq yardımın göndərilməsinin vacibliyini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + fifteen =