Qərb mediası Ənsarullahın mövqelərinə “məhdud hücum” ehtimalı barədə iddialar irəli sürür
Cümə axşamı iki qərb mediası ABŞ və İngiltərənin Yəməndəki Ənsarullah mövqelərinə məhdud hücum planlaşdırdığını iddia edib.
“The Wall Street Journal” ABŞ-ın Yəmənin raket obyektlərini hədəf alması ehtimalının yüksək olduğunu iddia edir.
Bu qəzetin yazdığına görə, qərb diplomatları gəmiçilik sənayesi rəsmilərinə Əl-Hədidə və Hiccənin hədəf alınacağını bildiriblər.
İngiltərənin “The Times” qəzeti də Britaniya hökumətinin də bu məsələni müzakirə etmək üçün toplantı keçirdiyini iddia edib.
“The Times” iddia edir ki, Amerika koalisiyasının Ənsarullah bazalarına hücum edəcəyi gözlənilir.
Qəzet həmçinin yazıb ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi vəziyyətin nəzarətdən çıxacağından narahatdır, ona görə də Ənsarullaha qarşı hər hansı bir tədbir yəqin ki, məhdudlaşdırılacaq.
Yəmən inqilabının lideri Seyid Əbdülməlik Bədrəddin Əl-Husi bir neçə saat əvvəl xəbərdarlıq edib ki, Səna ABŞ-ın istənilən təcavüzünə cavab verəcək.
O deyib: “Amerikanın hücumlarına cavab verməkdən çəkinməyəcəyik.” Amerikanın istənilən təcavüzünə cavab bu yaxınlarda 24-dən çox pilotsuz təyyarə və bir neçə raketlə həyata keçirilən əməliyyat səviyyəsində deyil, hətta ondan da yüksək səviyyədə olacaq. Yəmən xalqı Amerikadan qorxmur.
O, Yəmənin Amerika, İsrail və İngiltərənin narahatlığından çox məmnun olduğunu bildirib və vurğulayıb: Amerika və İngiltərə digər ölkələri müttəfiqliklərinə cəlb etmək üçün hər cür səy göstərir, amma kim özünü millətimizə hücumda şərik etsə, sonda uduzmuş olacaq.