Qərb özü üçün xaricdən maliyyələşməni qadağan edir, digər ölkələrdə isə bunun sərbəst olmasına çalışır

Qərb özü üçün xaricdən maliyyələşməni qadağan edir, digər ölkələrdə isə bunun sərbəst olmasına çalışır

Əgər ABŞ birbaşa olaraq 9 il müddətində gürcü xalqına əziyyət verən, torpaqlarımızı itirən, yüzlərlə insanı xalqın gözü qarşısında öldürən, qonşu dövlətlərlə əlaqələri korlayan müxalifətin yanında dayanıb onlara dəstək olarsa, özləri öz əməlləri ilə regionda nüfuzdan düşəcəklər.

Bu sözləri açıqlamasında siyasi elmlər doktoru, politoloq Malxaz Qulaşvili deyib.

Onun sözlərinə görə, hazırda Gürcüstanda baş verənlərin arxasında, bir vaxtlar hakimiyyətdə olan və totalitar rejimdə, xaos içində ölkəni bərbad günə qoyan hökumətin nümayəndələri dayanır: “Onlar ABŞ-nin müdaxiləsi ilə ölkədə çevriliş etmək istəyirlər. Amma bu, onlarda alınmayacaq. Hazırda gedişat da onu sübut edir ki, onların bu məkrli planları alt-üst olub”.

Politoloq bildirib ki, müxalifətin xalq tərəfindən böyük bir dəstəyi yoxdur. Onlar sadəcə özlərinin yetişdirdiyi gəncləri qabağa veriblər. İndi də yalan məlumatlar yayırlar ki, hazırkı hökumət ABŞ və Avropaya qarşıdır. Onların özü də bunu çox gözəl başa düşür ki, bu, belə deyil.

“Qərb özü hələ bilmir nə edir. Onlar “Xarici təsirin qarşısının alınması” haqqında qanun layihəsini “rus qanunu” adlandırır. Amma Rusiya qanunlarında açıq şəkildə yazılıb ki, xaricdən maliyyələşənlərə hansı sanksiyalar tətbiq edilir, hətta həbslər belə var. Xaricdən maliyyələşən media qurumuna reklam verəni belə həbs edirlər. Amma Gürcüstanın qəbul etmək istədiyi “Xarici təsirin qarşısının alınması” haqqında qanun layihəsində heç bir sanksiyadan söhbət getmir. Burada yalnız ildə bir dəfə maliyyə hesabatı vermək tələb edilir və başqa heç nə. Ona görə də ABŞ-nin, o cümlədən Qərbin bu istiqamətdəki narahatlıqları başadüşülən deyil. Əgər burada bir qəbahət varsa, Qərb qayıdıb bir özünə də baxsın. Onlar özləri üçün xarici agentlər barədə normativ hüquqi aktlar qəbul edir, xaricdən maliyyələşməni qadağan edirlər, amma digər ölkələrdə bunun sərbəst olmasına çalışırlar”, – deyə M.Qulaşvili vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + five =