Qərb Sahilində son 24 saat ərzində 28 müqavimət əməliyyatı keçirilib

Qərb Sahilində son 24 saat ərzində 28 müqavimət əməliyyatı keçirilib

Fələstin mənbələri son 24 saat ərzində İordan çayının qərb sahilində 28 müqavimət əməliyyatının baş verdiyini bildirir.

Mehr Xəbər Agentliyinin Fələstin mediasına istinadən verdiyi məlumata görə, Fələstinin Muti Statistika Mərkəzinin hesabatında son 24 saat ərzində İordan çayının qərb sahilində 28 fərqli müqavimət əməliyyatı həyata keçirildiyi açıqlanıb.

Bu hesabatda bildirilir ki, bu əməliyyatlara bir atəş açma, müşahidə qülləsinin yandırılması və müşahidə kameralarının sındırılması, iki molotof kokteyli atılması, sionist mühacirlərin avtomobillərinə bir neçə hücum və sionistlərlə 16 qarşıdurma daxildir.

Müqavimət döyüşçüləri ötən gecə sionistlərin Hebrondakı Əsahil qəsəbəsini atəşə tutublar.

İordan çayının qərb sahilində və işğal altında olan Qüdsdə son 24 saat ərzində baş verən qarşıdurmalarda çoxlu sayda fələstinli də yaralanıb.

Muti Statistika Mərkəzi də hesabatında bildirib ki, ötən həftə, iyulun 7-dən 13-dək İordan çayının qərb sahilində 15 atışma və iki raket atışı daxil olmaqla, cəmi 182 müqavimət əməliyyatı qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + three =