Qəssam batalyonları: 12 sionist əsgəri hədəf aldıq

Qəssam batalyonları: 12 sionist əsgəri hədəf aldıq

Qəssam Briqadaları (Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS-ın) hərbi qolu) 12 sionist əsgərin hədəfə alındığını açıqlayıb.

Mehr Xəbər Agentliyinin Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, Qəssam batalyonları elan ediblər ki, bu batalyonların döyüşçüləri Qəzzanın Şeyx Rizvan məhəlləsində sionist ordunun 12 əsgəri ilə toqquşub.

Qəssam batalyonları bəyan ediblər ki, bu münaqişədən sonra Qəssam döyüşçüləri bu 12 sionisti xilas etmək üçün gələn əsgərləri piyada əleyhinə minalarla hədəfə alıb və onları öldürüb və ya yaralayıblar.

Bundan əlavə, Qəssam döyüşçüləri Xan Yunisin şərqindəki evlərdən birində sipər alan sionist ordu əsgərlərini əvvəlcə piyada əleyhinə mina, sonra isə səngər əleyhinə “TBJ” gülləsi ilə hədəfə alıb və onları öldürüb və ya yaralayıb.

Həmçinin, sionist rejimin bir silahı və buldozeri “Yasin 105” raketi ilə Qəssam batalyonları tərəfindən hədəfə alınıb və buldozerin sürücüsü də həlak olub.

Qəssam batalyonları Xan Yunisin və Rəfəhin şərqində sionist rejimin istehkamları və əsgərlərini iri çaplı minaatanlarla hədəfə alıb.

Xan Yunisdə “Merkava” tankı və sionist rejimin bir personal daşıyıcısı da “Yasin 105” raketləri ilə Qəssam döyüşçüləri tərəfindən hədəfə alınıb.

Qüds Batalyonları Qəzza şəhərinin Şücaiyyə qəsəbəsində sionist rejim əsgərləri ilə toqquşmasından sonra onlardan 7-ni öldürdüklərini və ya yaraladıqlarını açıqlayıb.

Bundan əlavə, Qüds batalyonları Qəzza zolağının şimalındakı Şeyx Zayid Qüllələri və Xan Yunisin şərqindəki “Ən-Nəccar” İnstitutunun ətrafında minaatanlarla sionist rejimin istehkam və əsgərlərini hədəfə alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + twenty =