Qəssam batalyonları: Biz Hatsarim aviobazasına raketlər atdıq

Qəssam batalyonları: Biz Hatsarim aviobazasına raketlər atdıq

HƏMAS-ın hərbi qanadı sionist rejimin Hatsarim aviobazasını bombaladığını açıqlayıb.

Mehr xəbər agentliyinin Əl-Məyadin-ə istinadən verdiyi xəbərə görə, Qəssam batalyonları sionist rejim ordusunun fələstinli mülki əhalinin didərgin salınması və hədəfə alınmasına cavab olaraq bu rejimin Hatsarim aviabazasına raket zərbələri endiriblər.

Bundan əvvəl Qəssam sionist rejimin mülki insanları hədəf alması nəticəsində Tel-Əvivi hədəf aldığını açıqlamışdı. Buna əsaslanaraq, Tel-Əviv yenidən Qəssam batalyonları tərəfindən bombalanıb.

Bu gün axşam saatlarında Qüds Briqadaları sionistlərin Kibbutz Beiri qəsəbəsinə raket zərbələri endirib və eyni zamanda İordan çayının qərb sahilində müqavimət döyüşçüləri ilə sionist hərbçilər arasında şiddətli toqquşmalar baş verib.

Həmçinin, xəbər mənbələri Livan və işğal olunmuş ərazilər arasındakı sərhəddə Livan ordusu ilə sionist ordusu arasında şiddətli qarşıdurma olduğunu bildirir.

Əl-Məyadin müxbiri xəbər verir ki, atışma səsi işğal olunmuş ərazilərin şimalında və Livan sərhədi yaxınlığında sionist “Kibbutz Meskaf” qəsəbəsinə doğru eşidilib. Sionist ordunun ixtiyarında olan və Ramiyə və Əyta Əş-Şəəb arasında, işğal olunmuş torpaqların şimal sərhədləri yaxınlığında yerləşən Zəhril-Cəməl mövqeyi yaxınlığında da atışma olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 3 =