Qəssam Batalyonları: Qəzzanın bombalanmasında 1 sionist əsir həlak olub

Qəssam Batalyonları: Qəzzanın bombalanmasında 1 sionist əsir həlak olub

Qəssam Briqadaları cümə axşamı gecəsi Əl-Əqsa tufanı əməliyyatında əsir götürülən sionist qadın məhbusun bugünkü bombardmanda öldürüldüyünü açıqlayıb.

İRNA-nın Şahab Fələstin xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Qəssam batalyonları bu gün (cümə axşamı) Qəzzanın bombardmanı nəticəsində Fələstin müqavimət qüvvələri tərəfindən əsir götürülən bir qadın əsgərin həlak olduğunu və bir əsir əsgərin də yaralandığını bildirib.

Qəssam batalyonları əlavə edib ki, bu məhbusun öldürülməsi ilə bağlı sənədləri tezliklə dərc edəcəklər.

Bundan əvvəl Fələstin müqavimət qüvvələri sionist rejimin Qəzzəyə hücumları zamanı onlarla sionist əsirin öldüyünü açıqlamışdı.

Sionist ordu müqavimət qüvvələrinin əlində olan əsirlərini sayının 240 nəfər civarında olduğunu elan edib. Bununla belə, müqavimət qüvvələri bütün sionist məhbuslar haqqında hələ dəqiq statistikaya malik olmadığını açıqlayıb.

İRNA-nın məlumatına görə, Fələstin müqavimət qüvvələri 15 oktyabr 2023-cü il şənbə günü Qəzzədən (Fələstinin cənubu) Tül-Əviv mövqeləri və sionist rejimə qarşı intiqam almaq məqsədi ilə “Əqsa tufanı” adlı qəfil əməliyyata başlayıb. Sionist rejim məğlubiyyətini kompensasiya etmək üçün Qəzza zolağında bütün keçidləri bağlayıb və bu ərazini bombalayır.

Qərbin özünümüdafiə bəhanəsi ilə İsrail rejiminə verdiyi dəstək praktiki olaraq bu rejim üçün yaşıl işıq və fələstinli uşaq və qadınların vəhşicəsinə öldürülməsini davam etdirmək üçün bir icazə oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − seven =