Qəssam batalyonlarının Təl-Əvivə raket hücumu

Qəssam batalyonlarının Təl-Əvivə raket hücumu

Qəssam Briqadaları cümə günü gecə Təl-Əvivə və Qəzzəyə bitişik sionist yaşayış məntəqələrinə raket hücumları barədə məlumat yayıb.

İRNA-nın Şihab Fələstin xəbər agentliyinin məlumatına görə, Qəssam batalyonları sionist rejimin Qəzzada törətdiyi cinayətlərə cavab olaraq Təl-Əvivə və Qəzzəyə bitişik sionist yaşayış məntəqələrinə raket zərbələri endirdiyini elan ediblər.

Bu xəbərə əsasən, Qəssamın Təl-Əvivə raket hücumundan sonra işğal olunmuş ərazilərin böyük hissələrində, o cümlədən Qəzza ətrafındakı sionist yaşayış məntəqələri və işğal olunmuş Fələstinin mərkəzindəki Holonda həyəcan təbili çalınıb.

Qəzzada atəşkəs başa çatdıqdan sonra ilk gündə İsrail əsgərləri bu zolağın vətəndaşlarına qarşı genişmiqyaslı hücumlarını bərpa edib və 170-dən çox fələstinlini qətlə yetiriblər.

Bu cinayətlərə cavab olaraq Fələstin və Livan müqavimət qüvvələri sionist əsgərlərin toplaşdığı yerləri hədəfə alıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =