Qətər əmiri Belçika baş naziri ilə Qəzzə müharibəsini müzakirə etdi

Qətər əmiri Belçika baş naziri ilə Qəzzə müharibəsini müzakirə etdi

İnformasiya qaynaqları Qətər əmiri ilə Belçika baş nazirinin Dohada Qəzzə müharbəsinin müzakirəsindən xəbər veririlər.

İRNA-nın məlumatına əsasən, dünən (16 mart) Aleksander De Kroo Şeyx Təmin Bin Həməd Ali Sani ilə Losiel sarayında görüşdə  Qəzzə müharibəsini müzakirə ediblər.

Bu görüşdə müharibənin gedişatı, regiona olan mənfi təsirləri, humanitar yardımların çatdırılması, atəşkəs rejiminin başlanması, həmçinin iki ölkə (Qətər-Belçika) arasında diplomatik münasibətlərin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Qətər sionist rejimin Qəzza zolağında jurnalistlərə qarşı törətdiyi cinayətlərin müstəqil və təcili araşdırılmasını tələb edir. Qətərin BMT İnsan Haqları Şurasındakı nümayəndəsi Qəzza zolağında jurnalistlərin müdafiəsinin vacibliyini vurğulayır və bu sahədə dərhal və müstəqil araşdırma aparmağa, bu cinayətlərə görə sionist rejimin cavab verməsi və cəzalandırılmasının zəruri olduğunu elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 2 =