Qətər: Əsirlərin mübadiləsinin ikinci mərhələsi bu gecə baş tutacaq

Qətər: Əsirlərin mübadiləsinin ikinci mərhələsi bu gecə baş tutacaq

Qətərin Xarici İşlər Nazirliyi HƏMAS və sionist rejim arasında əsir mübadiləsinin ikinci mərhələsinin 39 fələstinli əsirinin 13 sionist əsirlə dəyişdirilməsi ilə həyata keçiriləcəyini açıqlayıb.

İRNA-nın Əl-Cəzirəyə istinadən şənbə gecəsi verdiyi xəbərə görə, Qətər Xarici İşlər Nazirliyi məhbusların azad edilməsinin gecikdirilməsindən sonra Qətər və Misir arasındakı təmaslar vasitəsilə maneələrin aradan qaldırıldığını elan edib.

Qətər Xarici İşlər Nazirliyi əlavə edib: 13 israilli məhbusun azadlığa buraxılması müqabilində 39 mülki fələstinli bu gecə azad ediləcək.

Qətərin Xarici İşlər Nazirliyi əlavə edib ki, 7 əcnəbi məhbus da bu qruplaşma ilə sionist rejim arasındakı razılaşmadan kənar HƏMAS tərəfindən azad ediləcək.

HƏMAS hərəkatı da açıqlamasında Misir və Qətərin müvəqqəti atəşkəsin davam etdirilməsi səylərinə müsbət cavab verdiklərini açıqlayıb.

HƏMAS əlavə edib: Misir və Qətər tərəfləri işğalçıların razılaşmanın bütün şərtlərinə sadiqliyini bildirib.

HƏMAS hərəkatı bundan əvvəl sionist rejim tərəfindən fələstinli əsirlərin azad edilməsinə dair razılaşmanın müddəalarının pozulması səbəbindən müvəqqəti atəşkəs razılaşması çərçivəsində əsirlərin mübadiləsinin ikinci mərhələsinin dayandırıldığını elan etmişdi.

Sionist rejim və HƏMAS müqavimət hərəkatı arasında Qəzza zolağında dörd günlük atəşkəs dünən (cümə) səhər saat 7:00-da başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 6 =