Qətər: Rəfah keçidinin bağlanması Qəzza zolağında humanitar fəlakəti gücləndirəcək

Qətər: Rəfah keçidinin bağlanması Qəzza zolağında humanitar fəlakəti gücləndirəcək

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Qəzza zolağına humanitar yardımların çatdırılmasının zərurətini vurğulayıb.

İRNA-nın verdiyi məlumata görə, Qətər XİN sözçüsü Məcid Əl-Ənsari ölkəsinin Qəzzaya humanitar yardım göndərməkdə qərarlı olduğunu elan edərək 40 ton humanitar yardım daşıyan Qətər təyyarəsinin Əl-Ariş hava limanına çatdığını deyib.

O, beynəlxalq ictimaiyyəti Qəzza zolağına yardım karvanlarına dəstək verməyə çağıraraq deyib: Vasitəçilikdəki ləngimə bizə aidiyyatı tərəflərlə əlaqə saxlamağa mane olmur. Biz beynəlxalq ictimaiyyəti Qəzzada törədilən bütün cinayətlərlə bağlı üzərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırırıq.

Qətər XİN sözçüsü Rəfah keçidinin bağlanmasının Qəzza zolağındakı vəziyyəti daha da kritik hala gətirəcəyinə işarə edərək, sionist rejimin Qəzza zolağında təcavüzlərinin dayandırılmasının zəruriliyini vurğulayaraq qeyd edib: İordan çayının qərb sahilində beynəlxalq hüququn açıq şəkildə pozullur və bu pozuntuların qarşısı alınmalıdır. O, sonda deyib: İordan çayının qərb sahilində Fələstinin hüquqlarına qarşı İsrailin təcavüzünün dayandırılmasının zəruriliyi ilə bağlı mövqeyimiz dəyişməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 4 =