Qəzəbli sionist etirazçılar: “Netanyahu qatildir!”

Qəzəbli sionist etirazçılar: “Netanyahu qatildir!”

Şənbə günü bu rejimin kabinetinə etiraz edən sionistlər işğal olunmuş Tel-Əviv və Qüds şəhərlərində nümayişlər keçirərək, Qəzzada məhbusların azad edilməsini vurğulayarkən, “Bibi”nin (Netanyahunun ləqəbi) qatil olduğunu qışqırıblar.

 Şənbə günü axşam xəbər mənbələri Tel-Əvivdə baş nazir Benyamin Netanyahunun kabinetinə qarşı nümayişlərin keçirildiyini bildirib. Nümayişçilər öz şüarları ilə Qəzzada məhbusların azad edilməsi üçün hərəkətə keçməyi tələb ediblər.

Sputnik xəbər agentliyi xəbər verir ki, Tel-Əvivin Muzey meydanına toplaşan azı minlərlə insan məhbusların ailələrinə və itkin düşmüş şəxslərə dəstək olduqlarını bildirib və bu məhbuslar azad olunana qədər bu meydanda oturacaqlarını açıqlayıblar.

İşğal altında olan Qüds şəhərində növbəti nümayiş keçirilib.

Qəzəbli nümayişçilər Netanyahunun evinə gedərkən təhlükəsizlik qüvvələri ilə toqquşub və belə şüar veriblər: “Netanyahu qatildir!”

Sionist mediası həmçinin sionist rejimin başçısı “İshaq Hersoq”un iqamətgahı qarşısında əsirlərin ailəsi ilə itkin düşmüş şəxslər arasında şiddətli qarşıdurma olduğunu yazır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 1 =