Qəzzə əhalisinin dərdinə şərik olmaq bəs etməz

Qəzzə əhalisinin dərdinə şərik olmaq bəs etməz

Qəzzə əhalisi hərbi cinayətlərin şahididir Qəzzə əhalisi sionist rejimin hərbi cinayətləri və bəşəriyyətə qarşı cinayətlərinin şahididir və belə bir şəraitdə empatiya bəs etməz.

Bunu, İranın BMT-dəki səfiri və nümayəndəsi vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Qəzzənin durumuna həsr olunmuş iclasında çıxış edən Əmir-Səid İrəvani sonra belə deyib: Humanitar dayandırmalar üzrə Baş Assambleya və Təhlükəsizlik Şurasının xahişi də daxil olmaqla atəşkəs istiqamətindəki beynəlxalq tələbə rəğmən, Qəzzə əhalisi hələ də sionist rejimin vəhşicəsinə müharibəsinə məruz qalır.

İran İslam Respublikasının BMT-dəki baş diplomatı vurğulayıb: Ümumi gözlənti budur ki, əksəriyyətin, yəni yüz iyirmi bir üzvün nəzəri ilə qəbul olunan Baş Assambleyanın qətnaməsinin əsas istiqamətləri, xüsusən də təcili və stabil atəşkəsə təcili ehtiyac kimi mühüm cəhət, Təhlükəsizlik Şurasının qətnaməsinin mətnində də təkrar edilərdi.

Təəssüflər olsun ki, Təhlükəsizlik Şurasının bir neçə üzvü Baş Assambleyanın qətnaməsinin lehinə səs vermiş olsa da,  Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyulması təhdidinə görə, atəşkəs tələbini bu qətnaməyə əlavə edəcək düzəlişlə razılaşmayıbdır. Bu addımın nəticəsində, Təhlükəsizlik Şurasının qətnaməsi, sionist rejimin Qəzzədəki mülkilərə qarşı cinayətlərinin qarşısını ala biləcək və müharibəyə son qoymaq üzrə yetərincə tənzimləməyə malik deyildir- deyə, İranın Birləşmiş Millətlər Təşkilatındakı səfiri və nümayəndəsi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 7 =