Qəzzə böhranı hazırda dünyada mövcud olan ən pis böhranlardandır

Qəzzə böhranı hazırda dünyada mövcud olan ən pis böhranlardandır

BMT-nin on ikidən çox agentliyi və iri qeyri-hökumət təşkilatları bir bəyanatda Qəzzə böhranını hazırda dünyada mövcud olan ən pis böhranlardan adlandırıblar.

Sözügedən təşkilatların nümayəndələrinin İordaniyanın Əmman şəhərində keçirilən görüşündən sonra verilən bəyanat Qəzzədəki yüz minlərlə fələstinli didərginə, kəskin qida və su çatışmazlığına, həmçinin Qəzzənin səhiyyə sisteminin məhv edilməsinə işarə edir.

Bəyanatda deyilir: Hazırda yardım əməliyyatları ilə məşğul olan bütün humanitar təşkilat və agentliklər əllərindən gələni edirlər. Bununla belə, yardımın hazırkı miqyası, mövcud ehtiyacların təkcə bir hissəsini təmin edir.

Bəyanat fələstinli yaralıların müalicə mərkəzlərinə köçürülmələri və Qəzzəyə daha çox yardımın göndərilməsi üçün «Kərəm Əbu-Salim» sərhəd keçidinin yenidən açılmasını istəyib.

Qəzzə son gərginliklərin şiddətlənməsindən öncə belə, kəskin insan problemlərilə üzləşirdi və hazırkı vəziyyət, görünməmiş problemlər yaradıbdır- deyə, bəyanatda vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − six =