Qəzzə zolağı sakinlərinin siyasi həbslərə etiraz olaraq nümayişi
Qəzzə zolağının sakinləri siyasi həbslərə etiraz olaraq bazar ertəsi gecə nümayiş keçirmiş və bunu kəskin şəkildə pisləmişlər.
İRNA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, fələstinli yerli mənbələr Qəzzə zolağının müxtəlif bölgələrinin sakinlərinin Cenin briqadasının dəvəti ilə Muxtariyyət Təşkilatının təhlükəsizlik xidmətinin müqavimət qrupları əleyhinə siyasi həbsləri və onlara təcavüzünə etiraz edərək nümayiş keçirdiyini bildirib.
Bununla bağlı Fəth hərəkatının liderlərindən biri Camal Huveyl deyib: Fələstin Muxtariyyət Təşkilatı səlahiyyətlilərindən siyasi məhbusları dərhal azad etmələrini tələb edirik.
Ötən həftə səkkiz fələstinli qrup birgə bəyanatda Fələstin Administrasiyasını İordan çayının qərb sahilində fələstinlilərin siyasi həbsini dayandırmağa çağırıb.
Bu siyasi həbslərin milli birlik üçün təhlükəli nəticələri olduğuna diqqət çəkən fələstinli qruplar Fələstin rəhbərliyini bu siyasətin həyata keçirilməsini dayandırmağa çağırıb.
HƏMAS hərəkatı, İslami Cihad, Fələstin Azadlıq Xalq Cəbhəsi, Fələstin Milli Təşəbbüs Hərəkatı və Fələstin Xalq Partiyası bu birgə bəyanatı yayan qruplar sırasındadır.
Fələstin Muxtariyyət təşkilatının təhlükəsizlik qurumları iyulun 11-də Tubasda sionist rejim tərəfindən axtarışda olan azad edilmiş məhbus Həmzə Dərağimənin evinə basqın edərək onun qardaşı Məhəmməd Rəsulu həbs ediblər.