Qəzzədə müvəqqəti atəşkəs rejimi daha 1 gün uzadıldı

Qəzzədə müvəqqəti atəşkəs rejimi daha 1 gün uzadıldı

Qəzza zolağında atəşkəs rejiminin müddəti bir gün də uzadılıb.

Fars İnformasiya Agentliyin məlumatına əsasən, İsrail ordusu bu gün (30 noyabr) elan edib: Altı günlük atəşkəsin başa çatmasına az müddət qalıb və İsraildəki fələstinli girovlar müqabilində Qəzzada saxlanılan israillilərin çox hissəsini azad etməyə çalışan vasitəçilər atəşkəsin davam edilməsinə nail olub.

Fələstin İslami Müqavimət Hərəkatı Həmas da bu xəbəri təsdiqləyərək ötən həftənin cümə günündən başlayan atəşkəs rejiminin daha 24 saat davam edəcəyi barədə bəyanat yayıb.

İsraildə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken sionist rejimin 12-ci telekanalına verdiyi müsahibədə nazirlər kabinetində mavəqqəti atəşkəsin daha 2 gün uzadılması barədə danışıqların getdiyindən xəbər verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × five =