Qəzzənin məzlum və qüdrətli əhalisi dünyanı öz mübarizəsinin təsiri altına ala bildi

Qəzzənin məzlum və qüdrətli əhalisi dünyanı öz mübarizəsinin təsiri altına ala bildi

İslam İnqilabının Böyük Rəhbəri ölkə imamcümələri ilə görüşdə vurğulayıblar ki, Qəzzənin məzlum və qüdrətli əhalisi dünyanı öz mübarizəsinin təsiri altına ala bildi.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün ölkə imamcümələri ilə görüşdə qeyd ediblər ki: Bu gün beynəlxalq Qəzzə məsələsində Allah-Taalanın əli müşahidə olunur.

O həzrət deyiblər: Bu gün dünya bu xalqa, onun döyüşçüləri və müqavimət qrupuna qəhrəman gözü ilə baxır.

İnqilab Rəhbəri Qəzzə əhalisinin məzlumluğu, eyni zamanda qələbəsinin dünya xalqlarının gözlərində qabarıq olmasını onun səbir və təvəkkülünün təsirləri və bərəkətlərindən adlandırıb və belə əlavə ediblər: Bunun qarşılığında, bu gün dünyada bir kəs qəsbkar və xəbis sionist rejimin müharibədə qalib gəlməsini istəmir. Dünya xalqları və siyasi xadimlərinin nəzərlərində bu rejim zalım və rəhmsiz bir varlıq,/ qaniçən, uduzmuş və darmadağın olmuş bir canavardır.

Qəzzə əhalisi öz müqavimətilə İslam dinini dünyanın arayıcı insanlarının gözlərində yayıb, Quranı sevimli edibdir- deyən İnqilab Rəhbəri/ Allah-Taaladan/ Qəzzənin əhalisi və döyüşçüləri xüsusiyyət təşkil etməklə müqavimət cəbhəsi döyüşçülərinin hər gün daha da başıuca olmalarını diləyiblər.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin Yəmən xalqı və Ənsarullah hökumətinin Qəzzə əhalisinə dəstək istiqamətindəki böyük işlərini yüksək dəyərləndirib və alqışlayıblar. O həzrət belə qeyd ediblər: Yəmənlilər sionist rejimin həyati axarına zərbə vurdular və Amerikanın hədəsindən qorxmadılar, çünki Allahdan qorxan insan/ Allahdan başqasından qorxmaz. Onların bu işi doğrudan da «Fisəbilillah cihadı»nın bariz nümunəsidir.

Həzrət Ayətullahuluzma Xamenei sonra ümidvarlıq ediblər ki, pərvərdigarın izni ilə/ bu mübarizə, müqavimət və fəaliyyətlər/ qələbəyədək davam edəcək.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin «xalqın iştirakı, istəyi və addımı»nı İslam dinində əsas prinsip adlandırıblar.

İran xalqının fədakarlığı, sayıqlığı, marağı, təmkinliliyi və vəfadarlığını yüksək dəyərləndirən İnqilab Rəhbəri qeyd ediblər ki: Bu xalq hətta öz fərqli görünüşlərilə mömindir və onun ürəyi Allah ilədir. Sözün əsl mənasında, onun qədrini bilmək və dərin şəkildə ona sevgi bəsləmək lazımdır.

İslam İnqilabının Böyük Rəhbəri seçkilərdə iştirakı, xalqın həm haqqı, həm də vəzifəsi adlandırıb və belə əlavə ediblər: Xalqın seçkilərdə iştirakı, sözün əsl mənasında, lazımdır; əlbəttə, seçkilər sırf olaraq, vəzifə yox,/ xalqın haqqıdır ki, qanunvericiləri, qanun icraçılarını və ya Xübreqan Məclisinin üzvlərini seçə bilsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 2 =