Qəzza ilə bağlı 300 nəfər həbs edildi

Qəzza ilə bağlı 300 nəfər həbs edildi

“Sülh Naminə Yəhudi Səsi” hərəkatının təşkil etdiyi etiraz aksiyaları zamanı Nyu-Yorkda 300-ə yaxın adam həbs edilib.

Bu barədə “The New York Times” təşkilatçıların məlumatlarına istinadən bildirib.

Qeyd olunub ki, nümayişçilər İsrail və HƏMAS hərəkatı arasında atəşkəs tələbi ilə Manhettenin mərkəzindəki “Grand Central” stansiyasına doğru yürüş ediblər.

Nümayiş İsrailin Qəzzada hərbi əməliyyatlarını gücləndirdiyi bir vaxta təsadüf edib.

Məlumata görə, 1000-dən çox etirazçı küçələrə çıxıb. Onların afişalarında “Qəzza yaşasın”, “Dərhal atəşi dayandırın” və “Bizim adımızdan deyil” şüarları yazılıb.

NYT-nin məlumatına görə, saxlanılanların siyahıları polis tərəfindən gecə yarısına qədər ictimaiyyətə açıqlanmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =