Qəzza ilə bağlı qətnamə layihəsinin səsverməsi yenidən təxirə salınıb

Qəzza ilə bağlı qətnamə layihəsinin səsverməsi yenidən təxirə salınıb

BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı qətnamə layihəsinin səsverməsi üçüncü dəfə təxirə salıb.

Şura BMT-yə üzv ölkərin istəyi ilə müzakirəyə çıxarılan qətnamə layihəsi ilə bağlı danışıqları davam etdirmək və diplomatiya üçün vaxt vermək qərarına gəlib.

Bununla da Qəzzaya humanitar yardımların maneəsiz daxil olması üçün münaqişənin dayandırılmasını tələb edən qətnamə layihəsinin səsverməsində razılaşma əldə olunmadığı üçün üçüncü dəfə təxirə salınıb. Sənəddə bütün tərəfləri beynəlxalq hüquqa uyğun olaraq mülki şəxslərin müdafiəsi üzrə öhdəliklərini yerinə yetirməyə çağırılır və BMT Baş Katibindən yardıma nəzarət mexanizminin yaradılması xahiş olunur.

Qətnamə layihəsində bütün tərəfləri Qəzzaya yardımların çıxışını artırmaq üçün quru, dəniz və hava yollarından istifadəni asanlaşdırılması və sərhəd qapılarının açılması qeyd olunub. Sənəddə bütün girovların azad edilməsi tələb olunur və beynəlxalq humanitar hüququn pozulması pislənir. Sənəddə iki dövləti münaqişənin həllin vacibliyinə diqqət çəkilir və Qəzza zolağının Fələstinin bir hissəsi olduğu vurğulanır.

Yerli mətbuatda ABŞ-nin BMT-yə yardıma nəzarət səlahiyyətinin verilməsinə qarşı çıxdığı iddia edilib və bu səbəbdən də sənədin təsdiqlənmədiyi bildirilir. Qətnamə layihəsi sabah yenidən səsverməyə çıxarılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + six =