Qəzza müharibəsində şəhid olanların sayı 32 min nəfəri keçib

Qəzza müharibəsində şəhid olanların sayı 32 min nəfəri keçib

Qəzza müharibəsinin 168-ci günündə Fələstin Səhiyyə Nazirliyi şəhidlərin sayının 32 min 700 olduğunu bildirib.

İRNA-nın cümə günü verdiyi xəbərə görə, Qəzza Səhiyyə Nazirliyi son statistik məlumatlarında Qəzza müharibəsində həlak olanların sayını 32 min 70 şəhid və 74 min 298 yaralı olaraq açıqlayıb.

İşğalçı sionist ordusunun Qəzza xalqına qarşı amansız müharibəsi 168-ci günə daxil olub. Bu rejimin bu zolaqda yaşayış məntəqələrinə və mülki şəxslərə hücumları davam edir.

Artıq beşinci gündür ki, sionistlər Qəzzada Şəfa xəstəxanasını mühasirəyə alır və ona hücum edirlər.

Bu arada Qəzza zolağının müxtəlif bölgələrində müqavimətlə sionistlər arasında qarşıdurma davam edir və ötən gün ərzində müqavimət qüvvələri çoxlu sayda İsrail tankı və zirehli texnikasını məhv edə bilib.

Bu, Qəzzada atəşkəs üçün Qahirədə davam edən danışıqların indiyədək heç bir nəticə vermədiyi halda baş verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =