Qəzza müharibəsinin 90-cı günü: Mərkəzdə hücumların artması ilə daha 40 fələstinli şəhid olub
Qəzza müharibəsinin 90-cı günündə media mənbələri işğalçıların Qəzza zolağının mərkəzinə qarşı hava hücumlarının artdığını və bu gün günorta saatlarında 40-dan çox fələstinlinin şəhid olduğunu bildirib.
Bu gün (4 yanvar cümə axşamı) Qəzzada müharibə 90 günə çatıb və sionist rejim ordusunun Qəzzə zolağının müxtəlif bölgələrinə indiyədək 22 min 313 nəfərin şəhid olması ilə nəticələnən ölümcül və vəhşi hücumları davam edir. Son 24 saat ərzində fələstinli ailələrə qarşı 10 yeni cinayət törədilib, nəticədə 128 nəfər şəhid olub, 261 nəfər yaralanıb.
Fələstinin “Vəfa” xəbər agentliyinin məlumatına görə, Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə bu gün həyata keçirilən hava hücumlarında Salahın ailəsi bu şəhərin qərbində hədəfə alınıb, bu zaman 14 fələstinli şəhid olub, çoxlu sayda insan yaralanıb.
Həmçinin, Xan Yunisdəki Əl-Xuləfa məscidinin, Nasir xəstəxanasının ərazisinin və fələstinli qaçqınların yerləşdiyi bir neçə yaşayış evinin bombalanması nəticəsində azı 20 nəfər şəhid olub.
Bir neçə həftədir ki, işğalçı ordu Xan Yunis şəhərini Qəzza zolağından ayırmağa və təcrid etməyə çalışır, lakin işğalçı qüvvələrin bu səyi Fələstin müqavimət qruplarının güclü müqaviməti ilə üzləşir.
Bu gün sionist rejim qırıcıları Qəzzənin mərkəzindəki Əl-Məğazi düşərgəsini bir neçə dəfə hədəfə alıb və onu yandırıblar.
Qəzza zolağının ortasında Deyrəl-Bələh düşərgəsinin qərbində Əl-Əqsa Şəhidləri Xəstəxanası yaxınlığında yaşayış evinin bombalanması nəticəsində 10 fələstinli şəhid olub.
İşğalçılar həmçinin, Qəzza zolağının cənubunda, Rəfəhin şərqindəki Salam məhəlləsində yerləşən Ayişə məscidi yaxınlığında çoxlu sayda fələstinli qaçqını hədəfə alıblar. Bu zaman 4 fələstinli şəhid olub, bir neçə nəfər isə yaralanıb. Bu gün günorta saatlarında işğalçılar Xan Yunisin qərbindəki Əl-Amal məhəlləsini bombalayıblar.
Belə bir vəziyyətdə Fələstin müqaviməti hələ də sionist hərbçilərin döyüşün müxtəlif oxlarına nəzarəti ələ keçirmək cəhdləri ilə mübarizə aparır və onların silahlarına zərər vurmaq və işğalçıları hədəfə almaqla məşğuldur.
Bu, Amerika Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbini dünən gecə HƏMAS-ın Qəzza zolağında hələ də böyük gücə və nüfuza malik olduğunu etiraf etməyə məcbur etdi.
Kirbi deyib: Biz Qəzzada hərbi əməliyyatların HƏMAS-ın məhvinə səbəb olacağına inanmırıq.
Əl-Məyadin Şəbəkəsi bu gün həmçinin bildirib ki, sionist rejimin Qəzzə zolağının mərkəzinə hücumları intensivləşib və onların məqsədi fələstinli qaçqınları yenidən bu ərazini tərk etməyə məcbur etməkdir və hazırda Qəzza zolağının mərkəzi bölgəsi işğalçı rejimin qəddar hücumlarına şahiddir.. Hücumlar dünən axşam saatlarından intensivləşib və gecə boyu davam edib.