Qəzza şəhidlərinin sayı 12300 nəfərə çatıb, 6000 nəfər itkin düşüb

Qəzza şəhidlərinin sayı 12300 nəfərə çatıb, 6000 nəfər itkin düşüb

Hökumətin Qəzza zolağındakı informasiya idarəsi sionist rejimin Qəzzə zolağına təcavüzü nəticəsində 12 min 300 nəfərin şəhid olduğunu, onların arasında 5 min uşaq və 3 min 300 qadının olduğunu açıqlayıb.

İRNA-nın Fələstinin Səma xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Qəzza zolağındakı hökumətin İnformasiya Ofisi işğalçı rejimin son təcavüzü nəticəsində yaralananların sayının 30 min nəfərə çatdığını, onların əksəriyyətinin qadın və uşaq olduğunu vurğulayıb.

Bu mərkəz Qəzza zolağının şimalında yerləşən Əl-Fəxure Cəbəliyyə məktəbində işğalçıların son cinayəti nəticəsində 200-dən çox fələstinlinin şəhid olduğunu bildirib.

Fələstin hökumətinin Qəzza zolağındakı İnformasiya Ofisi elan edib ki, işğalçı İsrail rejimi şənbə günü səhər Əş-Şəfa xəstəxanasından 500 xəstəni qovub. Baxmayaraq ki, adıçəkilən xəstələrin tibbi xidmətə, xəstəxana mərkəzlərində müalicə və xəstəxanaya yerləşdirilməsinə ciddi ehtiyac var.

Qəzzədəki bu hökumət qurumunun hesabatına əsasən, sionistlərin bombardmanları və artilleriya atəşi nəticəsində bu bölgədəki yaşayış binalarının 60%-i tamamilə və ya qismən dağılıb.

Qəzzadakı bu hökumət orqanı Şəfa xəstəxanasının hərbi kazarmaya çevrilməsinin humanitar fəsadlarına görə işğalçı Qüds rejiminin və beynəlxalq təşkilatların məsuliyyət daşıdığını vurğulayıb.

Sonda Qəzzadakı hökumətin informasiya ofisi bölgədəki xəstəxanalar üçün tibbi və müalicəvi yardım və yanacaq gətirmək üçün Rəfəh keçidinin yenidən açılmasını istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − thirteen =