Qəzza zolağı altı gündür rabitəsizdir
Qəzza zolağı altı gündür ki, rabitəsiz qalıb.
Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.
Qeyd olunur ki, bu, anklavda vəziyyətin gərginləşməsindən bəri yeddinci belə halıdır.
“Telekommunikasiyanın dayandırılması Qəzzada insanların həyati vacib məlumatlara çıxışına və ya təcili yardım xidmətlərinə zəng etməsinə mane olur.
Yanvarın 13-də Fələstinin “Paltel” telekommunikasiya şirkəti İsrailin bombardmanları nəticəsində şəbəkə infrastrukturunun zədələnməsi səbəbindən Qəzzada bütün növ rabitənin tamamilə kəsildiyini bildirib.