Qəzza zolağında İsrailin daha iki hərbçisi ölüb
![Qəzza zolağında İsrailin daha iki hərbçisi ölüb](https://sizinyol.org/wp-content/uploads/2024/01/3230b92c-e6d1-359a-af0c-59602f9d3c11_850.jpeg)
Qəzza zolağının şimalındakı döyüşlərdə İsrail Müdafiə Ordusunun daha iki hərbçisi ölüb.
Məlumatı İsrail Müdafiə Ordusunun mətbuat xidməti yayıb.
Məlumata görə, döyüşlərdə ölənlər ehtiyatda olan gizirlər – 32 yaşlı Zaxariya Pesax Xaber, o biri isə 34 yaşlı Yair Katsdır.
Bildirilib ki, bununla da oktyabrın 31-dən yanvarın 17-dək Qəzza zolağında döyüşlərdə ölən İsrail hərbçilərinin sayı 192-yə yüksəlib. Oktyabrın 7-dən – HƏMAS İsrailə hücum edəndən indiyədək ölən israilli hərbçilərin sayı isə 526-ya çatıb.