Qəzzada əsir düşən sionist əsgər öldürülüb

Qəzzada əsir düşən sionist əsgər öldürülüb

“Şəhid Əbu Əli Mustafa” batalyonu Qəzzada sionist rejimin əsir götürülən əsgərinin öldürüldüyünü xəbər verib.

Sionist rejimin əsir götürülən hərbçisi Qəzzada bu rejimin hava hücumu nəticəsində həlak olub.

Fələstinin Azadlığı Xalq Cəbhəsinin hərbi qolu olan Şəhid Əbu Əli Mustafa batalyonu bu şənbə günü Qəzzada bu qruplaşmanın əsirliyində olan bir sionist əsgərin sionist rejimin hava hücumu nəticəsində öldürüldüyünü və bir neçə əsirin də yaralanıb elan edib.

Bu qrupun sözçüsü audio mesajında bildirib ki, bu hava hücumu bir qrup sionist əsgərin bu əsiri azad etmək üçün uğursuz cəhdindən sonra həyata keçirilib.

Bununla əlaqədar olaraq sionist ordu Qəzzada Fələstin müqavimət qüvvələri ilə qarşıdurma zamanı iki zabitini itirdiyini etiraf edib.

Sionist xəbər saytı “Walla” bu zabitlərdən birinin Tel-Əviv sakini, ehtiyatda olan mayor “Konstantin Suşko” olduğunu bildirib. O, 7086 Golani briqadasının mühəndis batalyonunun üzvü olub.

Netanyanın işğalçılarından olan 22 yaşlı Hareil İtah Qəzzada öldürülən ikinci sionist zabitdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =