Qəzzada 1 Apaçi helikopteri və 5 sionist hərbi maşın hədəf alınıb

Qəzzada 1 Apaçi helikopteri və 5 sionist hərbi maşın hədəf alınıb

Fələstin müqaviməti Qəzzada sionist rejimin bir Apaçi helikopteri və beş hərbi maşının hədəf aldığını elan edib.

İRNA-nın bazar ertəsi Səma xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Fələstin Xalq Cəbhəsinin hərbi qanadı olan Şəhid Əbu Əli Mustafa batalyonları bununla bağlı elan edib: Bizim hava hücumundan müdafiə bölməmiz Qəzzanın şərqində Sam 7 raketi ilə işğalçıların Apaçi helikopterini hədəfə alıb və onu məhv edib.

HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam batalyonları da Qəzza zolağında quru döyüşündəki son hadisələrlə bağlı elan edib ki, bu zolaqda 5 sionist hərbi maşınını müharibənin müxtəlif oxlarında hədəfə alıblar.

İRNA-nın məlumatına görə, Fələstin müqavimət qrupları 7 oktyabr 2023-cü ildə Qəzzadan (Fələstinin cənubu) İsrail rejiminin mövqelərinə qarşı “Əqsa tufanı” əməliyyatına başlayıb və nəhayət, 24 noyabr 2023-cü ildə 45 günlük döyüşlərdən sonra, əsirlərin mübadiləsi üçün HƏMAS və İsrail arasında dörd günlük müvəqqəti atəşkəs elan edilib.

Müharibədəki bu fasilə yeddi gün davam edib və nəhayət, 1 dekabr 2023-cü il, cümə günü səhər saatlarında müvəqqəti atəşkəs sona çatıb və İsrail rejimi Qəzzaya qarşı hücumlarını bərpa edib.

Bu rejim “Əqsa tufanı”nın hücumlarına cavab vermək və məğlubiyyətini kompensasiya etmək və müqavimət əməliyyatlarını dayandırmaq üçün Qəzza zolağının keçidlərini bağlayıb və bu ərazini bombalayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 12 =