Qəzzada 56 min ailə evsiz qalıb

Qəzzada 56 min ailə evsiz qalıb

Fələstinin səhiyyə naziri sionist rejimin hücumları zamanı Qəzzada evlərin dağıdılması səbəbindən 56 min ailənin evsiz qaldığını açıqlayıb.

Fələstinin səhiyyə naziri “May Əl-Kila” sionist rejimin Qəzzaya təcavüzünü dərhal və tamamilə dayandırmağa çağırıb və bildirib ki, humanitar yardım və tibb personalı Qəzzəyə daxil olmalıdır.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlara Yardım və Məşğulluq üzrə Agentliyinin (UNRWA) sözçüsü Kazim Əbu Xələf bazar ertəsi günü bəyan edib ki, İsrail hakimiyyəti Qəzza zolağının şimalına yanacağın girməsinə icazə verməyib.

Əbu Xələf atəşkəs müddətinin məlumat toplamaq və Qəzza zolağının, xüsusilə də, şimalın ehtiyaclarının miqyasını müəyyən etmək üçün kifayət etmədiyinə işarə edərək deyib: Biz indiyə qədər şimalla bağlı məlumat toplaya bilməmişik. Təbii ki, oktyabrın 7-dən bu yana yardımdan məhrum olan vətəndaşlara humanitar yardımların, o cümlədən su, ərzaq və dərmanların verilməsi prioritetdir.

Əl-Kila xəstəxanalarının vəziyyətinin ağırlığını azaltmaq məqsədilə Qəzza zolağına təcili yardım və yanacaq daxil olmasını tələb edərkən deyib: Qəzza zolağında 25 xəstəxana yanacaq və tibbi ləvazimat çatışmazlığı səbəbindən fəaliyyətsiz qalıb.

Əl-Ərəbi xəbər kanalı bu fələstinli nazirə istinadən xəbər verib ki, sionist rejimin hücumları zamanı evlərin dağıdılması səbəbindən 56 min ailə evsiz qalıb.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Koordinasiya Ofisi şənbə günü axşam verdiyi açıqlamada HƏMAS və İsrail arasında atəşkəsin ikinci günündə Əş-Şəfa xəstəxanasında qalan yaralıları təxliyyə etmək üçün 11 təcili yardım maşını, 3 avtobus və bir sərnişin avtobusunun Qəzzaya getdiyini bildirib.

BMT-nin məlumatına görə, atəşkəsin ilk günündən bu yana 200 yük maşını Misirin Nitzana sərhəd keçid məntəqəsinə gedib, yerli vaxtla saat 19:00-a qədər 187 yük maşını Qəzzaya daxil olub. BMT həmçinin bildirib ki, indiyədək Qəzza zolağına 129 min litr yanacaq göndərilib.

Fələstin Qızıl Aypara Cəmiyyəti daha əvvəl verdiyi açıqlamada bu təşkilatın 187 yük maşınını təhvil alaraq Qəzzaya göndərdiyini açıqlamışdı.

Fələstin Qızıl Aypara Cəmiyyəti 21 Oktyabrdan indiyə qədər Qəzzanın cənubundakı Rəfəh keçidindən ərzaq, qeyri-ərzaq, su və tibbi mallar da daxil olmaqla humanitar yardım daşıyan cəmi 1946 yük maşınının qəbul edilərək paylandığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + fifteen =