Qəzzada 7 sionist əsgər öldürülüb
Sionist ordunun sözçüsü çərşənbə axşamı gecəsi Qəzzada bugünkü toqquşmalarda bu rejimin 7 əsgərinin həlak olduğunu elan edib.
İRNA-nın Əl-Cəzirəyə istinadən verdiyi məlumata görə, sionist rejim ordusunun sözçüsü Daniel Haqari deyib: Müharibə başlayandan bəri Qəzza zolağında 20 mindən çox hədəfə hücum etmişik.
O, əlavə edib: Bizim qüvvələrimiz Cəbəliyyə, Şücaiyyə və Xan Yunisdə döyüşür və HƏMAS qüvvələri ilə üz-üzə müharibə gedir.
Sionist ordunun sözçüsü deyib: Biz uzun müharibəyə hazırıq və qüvvələrimiz Xan Yunisin qəlbini mühasirəyə alıb.
HƏMAS-ı məhv etmək üçün birbaşa döyüşməkdən başqa çarələrinin olmadığını iddia edən Haqari deyib: Qəzzada 138 israilli əsirlikdədir.
Fələstin müqavimət qrupları 7 oktyabr 2023-cü il şənbə günü Qəzzədən (Fələstinin cənubu) işğalçı Qüds rejiminin mövqelərinə qarşı “Əl-Əqsa tufanı” adlı sürpriz əməliyyata başlayıb.
Sionist rejim öz məğlubiyyətinin əvəzini çıxmaq və kompensasiya etmək və müqavimət qruplarının əməliyyatlarını dayandırmaq üçün Qəzza zolağının bütün keçidlərini bağladı və ərazini bombardman etdi.