Qəzzada BMT-nin daha bir əməkdaşı öldürülüb

Qəzzada BMT-nin daha bir əməkdaşı öldürülüb

BMT TŞ münaqişə zonalarında humanitar yardım işçilərinin və təşkilat əməkdaşlarının mühafizəsinə dair qətnamə layihəsini qəbul edib.

Qanun layihəsi 15 üzvdən ibarət TŞ-də 14 lehinə səslə qəbul edilib, Rusiya səsvermədə bitərəf qalıb.

İsveçrənin BMT-dəki daimi nümayəndəliyinin Şuraya təqdim etdiyi qətnamə bütün dövlətləri humanitar işçiləri və BMT-nin əməkdaşlarına mühafizə etməyə çağırır.

Qeyd edək ki, Yaxın Şərqdə münaqişə başlayandan bu yana bölgədə fəaliyyət göstərən 194 humanitar yardım işçisi öldürülüb. BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzzada daha bir BMT əməkdaşının öldüyünü açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + three =