Qəzzada daimi atəşkəsin bərqərar olması üçün Baydenə təzyiqlər artır

Qəzzada daimi atəşkəsin bərqərar olması üçün Baydenə təzyiqlər artır

ABŞ-ın İsrailin Qəzzada törətdiyi cinayətlərə amansız dəstəyi ilə eyni vaxtda Qəzzada daimi atəşkəs yaratmaq üçün Ağ Evə təzyiqlər artıb.

Qəzzada müvəqqəti atəşkəs rejiminin uzadılması ABŞ-da daimi atəşkəsin təşviqinə çalışmaq üçün Prezident Co Baydenə təzyiqləri artırıb.

Co Bayden hökuməti son günlər yalnız Qəzzada “atəşkəs”i dəstəklədiyini və HƏMAS-ın xeyrinə ola biləcək atəşkəsin tərəfdarı olmadığını bildirib.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Burns İsrail, Misir və Qətərli həmkarları ilə görüşmək üçün çərşənbə axşamı Dohaya gedib. ABŞ dövlət katibi Entoni Blinkenin də eyni məsələni müzakirə etmək üçün yaxın günlərdə işğal olunmuş Fələstinə, İordan çayının qərb sahilinə və Dubaya getməsi planlaşdırılır.

İsrail və HƏMAS arasında son razılaşma HƏMAS tərəfindən 60 israilli məhbusun azad edilməsi ilə nəticələnib. Daha 20 əsirin azad edilməsi ilə bağlı danışıqlar davam edir.

Ağ Evin milli təhlükəsizlik müşaviri Con Kirbi çərşənbə axşamı deyib: “Biz onların hamısını geri qaytarmaq istəyirik.”

Co Bayden hökuməti bu müvəqqəti atəşkəslərlə bağlı razılaşmanı diplomatik qələbə kimi göstərməyə çalışsa da, ictimai rəy ondan daimi atəşkəs yaratmaqla İsrailin Qəzzada hərbi cinayətlərini dayandırmasını gözləyir.

Ağ Ev indiyədək insan haqları fəallarının və bəzi Demokrat siyasətçilərin İsrailin hücumlarına son qoymaq çağırışlarına müqavimət göstərib. Bayden administrasiyasının rəsmiləri Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılmasının yalnız bu müvəqqəti atəşkəslə mümkün olacağını bildirir.

Buna baxmayaraq, insan haqları təşkilatları müvəqqəti atəşkəsin Qəzzada humanitar ehtiyacları ödəmək üçün kifayət etmədiyini vurğulayır. Amnesty International-dan Paul O’Brien deyib: “Qısamüddətli fasilələr yerdəki ehtiyacları ödəmək və Qəzzada insan haqlarının vəziyyətini həll etmək üçün kifayət deyil.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − ten =