Qəzzada Fələstin müqavimət tarixinin ən böyük paradı keçirilib –Foto

Qəzzada Fələstin müqavimət tarixinin ən böyük paradı keçirilib –Foto

 “Sərayəl-Qüds” müqavimət qruplaşması (Fələstin İslami Cihadının hərbi qolu) bu gün Qəzza tarixinin ən böyük paradını bu ərazidə keçirəcəyini açıqlayıb.

Bu müqavimət qruplaşmasının yaranmasının 36-cı ildönümü münasibətilə bu gün günorta saatlarında “Sərayəl-Qüds” müqavimət qruplaşmasının (Fələstin İslami Cihadının hərbi qolu) böyük hərbi paradı keçirilib.

Fələstinin Əl-Yəvm xəbər saytının məlumatına görə, bu paradda Sərayəl-Qüds qrupunun son silahları, raketləri və pilotsuz təyyarələri nümayiş etdirilib və bu müqavimət qrupunun onlarla qüvvəsi bu mərasimə qatılıb.

Bu paradda nümayiş etdirilən müxtəlif mənzilli raketlərin əksəriyyəti bir neçə ay əvvəl baş verən “Sarəl-Əhrar” döyüşündən sonra Sərayəl-Qüds tərəfindən istifadə edilib.

Həmçinin, “Cəfər” raketi kimi bir sıra raketlər də ilk dəfə olaraq bu paradda nümayiş etdirilib və görünür İslami Cihad onları hələ üzə çıxarmaq niyyətində deyil.

Bu paradda raketlərlə yanaşı, ilk dəfə Sərayəl-Qüdsə daxil olan “Səhab” pilotsuz uçan aparatı ilə yanaşı digər pilotsuz təyyarələr də nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 11 =