Qəzzada Fələstin müqaviməti tərəfindən raket sınaqları artıb

Qəzzada Fələstin müqaviməti tərəfindən raket sınaqları artıb

Qəzza zolağında müqavimət qüvvələri son bir ayda üçüncü dəfə dənizə doğru bir neçə raket atıb və döyüş gücünü artırmaq məqsədi ilə raket sınaqlarını davam etdirib.

  Fələstin mediası bu bazar ertəsi səhər Qəzza zolağında müqavimət qüvvələrinin növbəti raket sınağı keçirdiyini bildirib.

 “Əl-Qüds” qəzeti və “Fələstin İlyum” xəbər saytının yazdığına görə, yerli mənbələr müqavimətin hücum imkanlarını artırmaq çərçivəsində bu gün dənizə doğru iki raket atdığını açıqlayıb.

Əl-Qüds qəzeti öz internet səhifəsində yazıb ki, bu raket sınağından sonra Qəzza şəhərinin qərbində və şimalında partlayış səsi eşidilib.

Sionist rejimin təhdidlərinin artmasının ardınca Qəzzada müqavimət qüvvələrinin raket sınaqlarının tezliyi də artıb. Ötən həftə sonuncu oxşar sınaq avqustun 27-də, əvvəlki sınaq isə avqustun 17-də olub və ondan əvvəl iyulda Qəzza zolağından dənizə doğru bir neçə raket atılıb.

Avqustun 27-də müqavimət qüvvələri dənizə doğru ən azı 50 raket atdı ki, bu da işğal altındakı Fələstində medianın diqqətindən yayınmadı.

Müqavimət bu raket sınağını rəsmi olaraq açıqlamasa da, xəbərlərə görə, ən çox raket sınağı Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qolu olan “Kətaib əl-Qəssam”a məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 2 =