Qəzzada fəlakətli vəziyyət: Köçkünlərin sayı təxminən 2 milyon nəfərə yüksəlib

Qəzzada fəlakətli vəziyyət: Köçkünlərin sayı təxminən 2 milyon nəfərə yüksəlib

Qəzza zolağında hökumətin informasiya idarəsinin direktoru bəyan edib ki, köçkünlərin sayının 2 milyona yaxın artması və ciddi yardım çatışmazlığı ilə bu bölgə fəlakətli vəziyyətlə üzləşib.

İRNA-nın şənbə günü Əl-Məyadinə istinadla verdiyi məlumata görə, İsmayıl Əs-Səvabətə deyib: Biz Qəzza xalqının xilası üçün Rəfah keçidinin və Qəzza zolağındakı bütün keçidlərin daimi olaraq yenidən açılmasını tələb edirik.

Əs-Səvabətə əlavə edib: Qəzza zolağında səhiyyə sektorunun vəziyyəti fəlakətlidir və bu sektor hələ də Qüdsün işğalçı rejiminin hücumlarının mərkəzindədir.

Qəzza zolağında hökumətin informasiya idarəsinin direktoru vurğulayıb: Qəzzanın xəstəxanalarının artıq çoxlu sayda yaralı üçün imkanları yoxdur və bu səbəbdən Misir və ərəb ölkələrindən Qəzzadan olan yaralıları müalicə üçün qəbul etmələrini xahiş edirik.

Əs-Səvabətə bildirib: İşğalçı rejim qüvvələri gecələr fələstinlilərin evlərini qarət edir, digər tərəfdən, köçkünləri onlar əmlaklarını verməyə məcbur edirlər.

Həmçinin Qəzzadakı Əl-Əqsa Şəhidləri Xəstəxanasının direktoru Qəzza zolağında vəziyyətin fəlakətli və çox çətin olduğunu, xəstəxana rəhbərliyinin xəstələr və tibb işçilərini yeməklə təmin etmək iqtidarında olmadığını vurğulayıb.

Sərhədsiz Həkimlər Təşkilatının informasiya bürosunun rəhbəri Əl-Cəzirə telekanalına müsahibəsində deyib: Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsi bizim məyusluğumuza səbəb oldu.

İnas Əbu Xələf mülki şəxslərə qarşı hücumlar silsiləsi və Qəzza zolağının mühasirəsinin davam etdiyini bildirərək, Qəzza zolağının cənubunda iki milyondan çox insanın mühasirədə olduğunu deyib.

Sərhədsiz Həkimlər Təşkilatının informasiya bürosunun rəhbəri deyib: Sionist ordu Əl-Ovdə xəstəxanasının 6 əməkdaşını həbs edib.

Bununla əlaqədar olaraq Qəzzanın Mülki Müdafiəsi Qəzza zolağının şimalında Beyt Lahiyənin onlarla şəhidinin cəsədlərinin şəhid olduqlarından uzun müddət sonra dağıntılar altından çıxarıldığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 9 =