Qəzzada İsrailə məxsus nəhəng pilotsuz uçan təyyarə məhv edilib

Qəzzada İsrailə məxsus nəhəng pilotsuz uçan təyyarə məhv edilib

Qəzzada müqavimət qüvvələri İsrailin “Heron TP” adlı nəhəng kəşfiyyat təyyarəsinin məhv edildiyini açıqlayıb.

Fələstin İslami Cihadının hərbi qolu olan Sərayəl-Qüds müqavimət qrupu bu gün (şənbə) müharibənin otuz altıncı günündə İsrail ordusuna məxsus “Heron TP” (Eitan) adlı nəhəng pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb.

Sərayəl-Qüds öz Telegram kanalında bu kəşfiyyat pilotsuz təyyarəsini hədəf aldığını açıqlayıb. Qanadları 26 metr, gövdəsinin uzunluğu 13 metr olan Eitan pilotsuz təyyarəsi sərnişin təyyarəsi ölçüsündədir. Eitan ibrani sözü olub, “möhkəm” mənasını verir.

Bir neçə dəqiqə sonra Sərayəl-Qüds Qəzza ətrafındakı Kibbutz Kisuvimi raketlə hədəf aldığını açıqlayıb. Qəzzə ətrafındakı yaşayış məntəqələri boşdur və sionist əsgərlərin toplaşdığı yerdir.

Digər tərəfdən, HƏMAS-ın hərbi qolu olan İzzəddin Əl-Qəssam müqavimət qrupu da “İlyasin 105” raketi ilə Qəzza şəhərinin cənubunda İsrail ordusuna aid 3 zirehli maşını hədəf aldığını açıqlayıb.

Eitan pilotsuz təyyarəsinin vurulması və müqavimətin davamlı raket hücumları HƏMAS və İslami Cihadın hərbi imkanlarını məhv etməkdə sionistlərin uğursuzluğunu açıq şəkildə göstərir.

Dünən gecə Qəzza müharibənin 36-cı gününə qədəm qoyub və müharibə başlayandan bəri yerdən və göydən ən şiddətli hücumların şahidi olub. Sionist işğalçılar ətrafdakı xəstəxanaları bombalayıblar.

İşğalçı rejimin zirehli tankları “Ər-rentisi” və “Ən-Nəsr” uşaq xəstəxanalarını və oftalmologiya və psixi sağlamlıq sahəsində fəaliyyət göstərən daha iki xəstəxananı da hər tərəfdən mühasirəyə alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + five =