Qəzzada müqavimət qruplarının “Ər-Ruknuş-Şədid 4” adlı yeni təlimi başlayıb

Qəzzada müqavimət qruplarının “Ər-Ruknuş-Şədid 4” adlı yeni təlimi başlayıb

Fələstin müqavimət qruplarının “Ər-Ruknuş-Şədid 4” adlı təlimi bu gün səhər (12 sentyabr çərşənbə axşamı) Qəzza zolağında dənizdə nəzərdə tutulan hədəflərə raketlərin atılması ilə başlayıb.

Bu təlim sionist düşmənin Qəzza zolağından çıxarılmasının ildönümü ilə eyni vaxtda və bütün fələstinli qrupların sionist təhdidlərinə qarşı hərbi hazırlığını artırmaq məqsədi ilə keçirilir. 2005-ci il avqustun 15-də sionist rejim Qəzza zolağında 21 sionist yaşayış məntəqəsini boşaltmağa başladı və bu yaşayış məntəqələrinin boşaldılması prosesi həmin ilin sentyabrın 22-dək davam etdi.

Qəzzadakı Fələstin müqavimət qruplarının 12 hərbi qolunu özündə birləşdirən ortaq əməliyyat otağı bu gün səhər saatlarında bir video yayımlayaraq bu əməliyyatın başladığını elan edib.

Qəzza zolağında bir günlük olan bugünkü təlimdə də əvvəlki təlimlər kimi müxtəlif taktiki ssenarilər var.

Həmin ssenarilərə düşmənlə döyüşmək, işğalçıların qərargahına hücum etmək, atəş açmaq, müxtəlif partlayışlar və sionist əsgərləri əsir götürmək daxildir.

Təlimin məqsədi fövqəladə vəziyyətlərdə müqavimət qüvvələrinin cavab sürətini və müqavimət döyüşçülərinin səfərbərlik və düşmən hücumlarına qarşı hazırlığını yoxlamaqdır.

Fələstin müqavimət qruplarının müştərək otağı daha əvvəl elan etmişdi ki, yaşayış məntəqələrinə hücum etmək, düşmənin cəbhə xəttinin arxasına keçmək və İsrail əsgərlərini əsir götürmək və dənizdə təyin olunmuş hədəflərə raket zərbələri endirmək daxil olmaqla, bütün əməliyyat strategiyaları sınaqdan keçiriləcək.

Fələstin müqavimət qrupları 2020-ci ilin dekabrında “Ər-Ruknuş-Şədid 1”, 2021-ci ilin dekabrında “Ər-Ruknuş-Şədid 2” və 2022-ci ilin dekabrında da “Ər-Ruknuş-Şədid 3” təlimini keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 15 =