Qəzzada ölən fələstinlilərin sayı 32 min nəfərə çatıb

Qəzzada ölən fələstinlilərin sayı 32 min nəfərə çatıb

İsrailin Qəzza zolağında hərbi əməliyyatları başlayandan bəri həlak olan fələstinlilərin sayı 31,6 mini keçib, 73,6 mindən çox insan isə yaralanıb.

Bu barədə Fələstin Səhiyyə Nazirliyi rəsmi teleqram kanalında məlumat yayıb.

Qəzzada ölən fələstinlilərin ümumi sayı 31 645 nəfərə çatıb, 73 676 nəfər yaralı var.

Ötən sutka ərzində İsrail ordusunun Qəzza zolağındakı hərbi əməliyyatları nəticəsində 92 nəfər həlak olub, 130 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − six =