Qəzzada ölənlərin sayı 36 minə yaxınlaşıb

Qəzzada ölənlərin sayı 36 minə yaxınlaşıb

Ötən ilin oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 35 984 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha 80 643 fələstinli xəsarət alıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə son 24 saat ərzində Qəzza zolağında azı 81 nəfər ölüb, 223 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =