Qəzzada şəhid jurnalistlərin sayı 100 nəfərə yüksəlib

Qəzzada şəhid jurnalistlərin sayı 100 nəfərə yüksəlib

Hökumətin Qəzzadakı informasiya ofisi Qəzzaya qarşı müharibənin başlamasından bu yana Qəzzada şəhid olan jurnalistlərin sayının 100-ə çatdığını açıqlayıb.

Qəzzada daha bir fələstinli jurnalistin şəhid olması ilə Qəzzaya qarşı müharibə başlayandan bu yana şəhid jurnalistlərin sayı 100-ə çatıb.

Əl-Cəzirə telekanalının məlumatına görə, “Məhəmməd Xəlifə” adlı daha bir jurnalist Əl-Nusirat düşərgəsindəki evinin bombalanması zamanı şəhid olub.

Həmçinin “Məhəmməd Əbu Huveydi” adlı daha bir jurnalist Qəzzada Əş-Şucai məhəlləsinin bombalanması nəticəsində şəhid olub.

Qəzzada fələstinlilərin evlərinin bombalanması davam edir və bu baxımdan sionist rejim qırıcıları Qəzza zolağının şimalında yerləşən Cəbəliyyəl-Bələddə bir fələstinli ailənin evini bombalayıblar və hamısı qadın və uşaq olan 12 şəhidin cəsədi dağıntılar altından çıxarılıb.

Qəzza Səhiyyə Nazirliyinin son statistikasına əsasən, sionist rejimin oktyabrın 7-dən bu günə kimi təcavüzünün qurbanlarının sayı 20 mindən çox şəhid və 53 mindən çox yaralıya çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 14 =