Qəzzada şəhid olan jurnalistlərin sayı 97 nəfərə çatdı

Qəzzada şəhid olan jurnalistlərin sayı 97 nəfərə çatdı

 Fələstinli jurnalist Adil Zarub bu gün (çərşənbə axşamı) səhər saatlarında Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki evinin sionist rejim bombardmançılarının bombalaması nəticəsində şəhid olub.

İRNA-nın Fələstin mənbələrinə istinadən verdiyi məlumata görə, bu fələstinli jurnalist son 74 gündə sionist rejimin hədəfində olan 97-ci media şəhididir.

Dünən də fələstinli media fəalı və radio müxbiri Abdullah Ələvan Qəzza zolağının şimalındakı Cəbəliya düşərgəsindəki evində bombardman edilməsi və digər fələstinli jurnalist Hanin əl-Qatşan Qəzzanın mərkəzində yerləşən Nəsirat düşərgəsinin bombalanması zamanı şəhid olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =