Qəzzada şəhidlərin sayı 11 min 100 nəfəri keçib
Qəzzadakı hökumətin informasiya ofisi İsrail ordusunun Qəzzaya hücumları nəticəsində şəhid olan fələstinlilərin sayının 11 min 100-dən çox olduğunu açıqlayıb.
Mehr Xəbər Agentliyinin Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, Qəzzada hökumətin informasiya idarəsi sionist rejim ordusunun Qəzzəyə hücumları nəticəsində fələstinli şəhidlərin sayının artdığını elan edib.
Bu ofis oktyabrın 7-dən Qəzza zolağında şəhidlərin sayının 11100-ü keçdiyini və bu şəhidlərin 8000-dən çoxunun qadın və uşaq olduğunu açıqlayıb. Təbii ki, bu qurum Qəzza zolağının ağır və davamlı bombardmanları səbəbindən bu gün Qəzzada olan Fələstin Səhiyyə Nazirliyinin şəhid və yaralıların sayı ilə bağlı dəqiq statistika əldə edə bilmədiyini deyib.
Qəzzada hökumətin informasiya idarəsi bildirib ki, cinayətkar sionist rejimin ordusu Qəzzada 41 min yaşayış məntəqəsini tamamilə, 222 min digər yaşayış məntəqəsini isə qismən məhv edib.
Həmçinin, bu hökumət qurumu işğalçı qüvvələrin Qəzzada Əş-Şəfa, Ər-Rentisi və Əl-Uyun xəstəxanalarını hələ də mühasirəyə aldığını açıqlayıb.
Qəzzadakı hökumətin informasiya ofisi bu günü Şefa xəstəxanasına qarşı müharibə günü hesab edib və bu xəstəxananın güclü hücuma məruz qaldığını vurğulayıb.
Digər tərəfdən, Fələstin Qızıl Aypara Cəmiyyəti sionist ordusunun tank və silahlarının Qəzza zolağındakı Qüds xəstəxanasını bütün istiqamətlərdən mühasirəyə aldığını elan edib.