Qəzzada şəhidlərin sayı 1534-ə çatıb+video

Qəzzada şəhidlərin sayı 1534-ə çatıb+video

Fələstinin Səhiyyə Nazirliyi bu gün (cümə axşamı) günorta saatlarında sionist rejimin Qəzza zolağında dinc əhaliyə qarşı vəhşicəsinə təcavüzü nəticəsində şəhid olanların sayının artaraq 1534 nəfərə çatdığını elan edib.

İRNA-nın Fələstinin Səma xəbər agentliyinin bugünkü xəbərinə əsasən, Fələstinin Səhiyyə Nazirliyi Qəzza zolağında təcavüz nəticəsində şəhid olanların sayının 1534 nəfərə çatdığını açıqlayıb.

Nazirlik həmçinin Qəzzaya işğalın başlamasından bu yana 6 min 49 nəfərin yaralandığını açıqlayıb.

Bu nazirlik İordan çayının qərb sahilinin müxtəlif bölgələrində şəhidlərin sayının 31-ə yüksəldiyini bildirib.

Bu hesabata görə, İordan çayının qərb sahilində Əl-Əqsa fırtınası əməliyyatı başlayandan bəri təxminən 180 nəfər yaralanıb.

Fələstin müqaviməti ilə döyüş meydanında sarsılan və son bir neçə gündə biabırçı məğlubiyyətə uğrayan sionist rejim Fələstin müqavimətini cəsarətli “Əl-Əqsa tufanı”əməliyyatını dayandırmağa məcbur etmək üçün qeyri-insani bir hərəkətlə Qəzzanın bütün keçidlərini bağlayıb.“.

HƏMAS-ın işğal altındakı ərazilərə 5 minə yaxın raket ataraq hücuma başlamasından 6 gün keçir. Açıqlanan statistikaya görə, bu müddət ərzində 1300-dən çox israilli həlak olub, 1534 fələstinli də şəhid olub, minlərlə insan yaralanıb.

Sionistlər qabaqcıl hərbi texnikaya arxalanaraq, özlərini dünyanın ən güclü ordularından birinə sahib kimi təqdim edirlər.

Amma ordunun və xüsusilə sionist rejimin kəşfiyyat orqanlarının belə böyük bir hücumu proqnozlaşdıra bilməməsi bütün bu fikirləri məhv etdi.

İndi İsrail bu uğursuzluğun qisası və kompensasiyası olaraq Qəzza sakinlərinə qarşı amansız hava hücumlarına başlayıb, tanklarını və zirehli qüvvələrini Qəzza sərhədləri arxasında yerləşdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 9 =