Qəzzada şəhidlərin sayı 20 min nəfərə çatıb

Qəzzada şəhidlərin sayı 20 min nəfərə çatıb

Həmas hökumətinin Qəzzadakı informasiya ofisi sionist rejimin hücumları nəticəsində şəhid olanların sayının 20 min nəfərə çatdığını açıqlayıb.

HƏMAS hökumətinin Qəzzadakı informasiya ofisi bu gecə (20 dekabr) Qəzza müharibəsinin 75-ci günündə şəhidlərin sayının 20 minə yüksəldiyini açıqlayıb. Onların 8000-i uşaq, 6200-ü isə qadındır.

Şahab xəbər agentliyinin məlumatına görə, bu qurumun bəyanatında deyilir: “İsğalçı İsrail ordusunun Qəzzada Fələstin xalqına qarşı kütləvi soyqırımından 75 gün keçir və qadın və uşaqların vəhşicəsinə öldürülməsi davam edir, İsrail və Amerikanın döyüş və pilotsuz təyyarələri Qəzzanı qarış-qarış bombalayır.”

Bu bəyanata görə, 1,8 milyon insan öz evindən didərgin düşüb və 2,4 milyona yaxın insan (bütün Qəzzə sakinləri) son dərəcə çətin və görünməmiş şəraitdə yaşayır. Bu müddət ərzində 1700 cinayət baş verib ki, bu zaman 20 min nəfər şəhid olub, 6700 nəfər isə itkin düşüb. Onların 8 mini uşaq, 6200 nəfəri isə qadındır.

HƏMAS hökumətinin informasiya ofisi həmçinin son 75 gündə 310 tibb işçisi, 35 təcili yardım işçisi və 97 jurnalist və fotoqrafın şəhid olduğunu bildirib.

Bu məlumata görə, Qəzzada indiyədək 52 min 600 nəfər yaralanıb.

Bombardmanlarda 23 xəstəxana zərər görüb və artıq fəaliyyət göstərə bilmir və 102 təcili yardım maşını da bombardmanların hədəfinə çevrilib və 90 məktəb və universitet tamamilə, 283 məktəb qismən dağıdılıb, 114 məscid tamamilə və 200 məscid isə qismən dağıdılıb.

Bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri Mirjana Spoliarik bu gün Qəzzadakı müharibənin beynəlxalq ictimaiyyət üçün mənəvi məğlubiyyət olduğunu bildirib.

Digər tərəfdən, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qanadı olan Kətaibəl-Qəssam bu gün axşam (çərşənbə) verdiyi açıqlamada son bir neçə gündə həyata keçirdiyi əməliyyatların təfərrüatlarını açıqlayıb.

Qəssam son 72 saat ərzində İsrail ordusunun 41 zirehli texnikasına hücum edə bildiyini, onlardan bəzilərinin tamamilə məhv edildiyini, digərlərinin isə zədələndiyini açıqlayıb.

HƏMAS-ın hərbi qanadı əlavə edib ki, müqavimət döyüşçüləri son 72 saat ərzində 25 İsrail əsgərinin öldüyünü və onlarla başqa hərbçinin yaralandığını təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =