Qəzzada şəhidlərin sayı 24 min 700-ü keçib

Qəzzada şəhidlərin sayı 24 min 700-ü keçib

Fələstinin Qəzzada Səhiyyə Nazirliyi bildirib ki, İsrail rejiminin Qəzza sakinlərinə qarşı hücumları başlayandan bəri bu zolağın şəhidlərinin sayı 24700 nəfəri keçib.

İRNA-nın cümə günü “Quds Press”-ə istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyi yaydığı bəyanatda bildirib ki,  oktyabrın 7-dən indiyədək sionist rejimin Qəzza sakinlərinə qarşı vəhşicəsinə hücumları səbəbindən bu zolağda 24762 fələstinli şəhid olub.

Səhiyyə Nazirliyi əlavə edib ki, bu müddət ərzində işğalçı sionist rejimin hücumları nəticəsində Qəzzada 62 min 108 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 10 =