Qəzzada şəhidlərin sayı 2670 nəfərə çatıb

Qəzzada şəhidlərin sayı 2670 nəfərə çatıb

Fələstinin Səhiyyə Nazirliyi bazar günü axşam saatlarında sionistlərin Qəzzaya hücumu zamanı şəhid olanların sayının 2670-ə və yaralıların sayının 9600-ə çatdığını açıqlayıb.

Bir saat əvvəl BMT baş katibinin humanitar məsələlər üzrə müavini “Martin Griffits” xəbərdarlıq etmişdi ki, ölüm kabusu Qəzzaya kölgə salıb və Qəzza zolağında minlərlə insan elektrik, qida və dərmansız olaraq həyat sürür.

Fələstinin Səhiyyə naziri Mey Əl-Kila bu gün, bazar günü, oktyabrın 15-də İsrailin Qəzza zolağına ardıcıl səkkizinci gündür təcavüzü zamanı 28 tibb işçisinin şəhid olduğunu, onlarla insanın yaralandığını açıqlayıb.

 “Əl-Məyadin”-in məlumatına görə, Əl-Kila mətbuata açıqlamasında əlavə edib: Bombalama nəticəsində 15 tibb mərkəzi zərər görüb, Beyt Hanun xəstəxanası və Əd-Dəre Uşaq Xəstəxanası xidmət göstərməyi dayandırıb, 23 təcili yardım maşını xarab olub və fəaliyyətini dayandırıb.

Fələstinin Səhiyyə naziri bir daha beynəlxalq ictimaiyyət, BMT və beynəlxalq insan haqları və humanitar təşkilatlardan sionistlərin hər gün bombardmanlarına məruz qalan xəstəxanalar, tibb mərkəzləri, təcili yardım maşınları, səhiyyə işçiləri və xəstə və yaralılara təcili yardım göstərmələrini istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 11 =